Vinçenzo Montella püşkdən danışdı: "Mirça Luçeskunu çox yaxşı tanıyıram"

img

20-11-2025 [19:08]


Türkiyə millisinin baş məşqçisi Vinçenzo Montella İsveçrənin Sürix şəhərində bu gün püşkatma ilə bağlı açıqlama verib.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, o, 2026-cı il Dünya Çempionatının püşkatmasında rəqibləri olan Rumıniyanın güclü komanda olduğunu deyib.

O, rəqib komanda və baş məşqçiləri barədə da danışıb: "Mən o komandanın baş məşqçisi Mirça Luçeskunu çox yaxşı tanıyıram. Lakin bildiyiniz kimi, o, əvvəllər Türkiyə millisi ilə yanaşı, Türkiyə klublarının sükanı arxasında olub. Bu səbəbdən o, bizim mentaliteti də çox yaxşı bilir."

Montella həmçinin potensial final matçı ilə bağlı sualı da cavablandırıb: "Slovakiya və ya Kosovo bizim finalda potensial rəqibimiz olacaq. Hər iki komanda kompakt oynayan komandalardır. Rəqiblərimizə oyundan-oyuna yanaşma prinsipimizi dəyişəcəyik".

İtalyan məşqçisi DÇ-2026-da təmsil olunacaqlarına inandıqlarını bildirib.

Fərid ASLAN
MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:04 20.11.2025

Klinikada dava düşüb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA