Çempionlar Liqası: "Araz-Naxçıvan" Rumıniya klubuna qalib gəlib

img

29-10-2021 [17:38]


"Araz-Naxçıvan" klubu futzal üzrə UEFA Çempionlar Liqasının əsas mərhələsində ikinci oyununu keçirib.

Report-un məlumatına görə, B yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı növbəti sınağında Rumıniyanın "Yunayted Qalati" komandası ilə üz-üzə gəlib.

Ukraynanın İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılan qarşılaşma Azərbaycan təmsilçisinin 5:3 hesablı qələbəsi ilə yekunlaşıb.

"Araz-Naxçıvan"ın qollarını David Qustavo (2), Maneka, Murilo Borges və Felipinyo, "Yunayted Qalati"nin hər üç qolunu isə Daniel Araujo vurub. 35-ci dəqiqədə rəqibin heyətində Octavian Çires qırmızı vərəqə alıb.

İlk görüşdə Ukrayna "Uraqan"ına 1:2 hesabı ilə uduzan Azərbaycan təmsilçisi üçüncü maçtını oktyabrın 31-də Kosovonun "Ligeni" komandasına qarşı keçirəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA