“Uşaqların Gələcəyi Naminə” İB-nin təşkilatçılığı ilə uşaqlar üçün bayram tədbiri keçirilib - FOTOLAR
07-11-2021 [19:28]
Azərbaycan xalqının dövlət bayramları – Zəfər Günü və Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibətilə “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin təşkilatçılığı, Bakı şəhəri Yasamal Rayonu İcra Hakimiyyətinin və sahibkar Bahar Orucovanın dəstəyi ilə Vətən müharibəsi şəhidləri və qazilərinin övladları üçün "Baku Mall" Uşaq Əyləncə Mərkəzində bayram tədbiri keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycanın dövlət himninin ifası ilə başlayan tədbirdə Vətən torpaqlarının 30 ilə yaxın dövrdə erməni qəsbkarlarının işğalı altında qalmış əzəli torpaqlarımızın azad edilməsi uğrunda 44 günlük qanlı savaşda şəhidlik zirvəsinə ucalmış ölməz qəhramanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısının müavini Təravət Muradova, "Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili" şöbəsinin böyük məsləhətçisi Tural Əsgərov, "Uşaqların Gələcəyi Naminə" təşkilatın sədri Könül Quliyeva Azərbaycana göstərilən təzyiqlərə baxmayaraq ölkə Prezidenti, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qətiyyəti, xalqımızın iradəsi, ordumuzun gücü və qüdrəti sayəsində torpaqlarımızın işğaldan azad edilməsinin, nüfuzlu beynəlxalq təşkilatların haqq və ədalətin bərpası naminə edə bilmədiklərini dövlətimizin qısa müddətdə təkbaşına həyata keçirərək ölkənin ərazi bütövlüyünün təmin edilməsinin tarixi hadisə olduğunu qeyd ediblər.
Bildirilib ki, Azərbaycan Ordusunun böyük Qələbəsi ilə nəticələnən uğurlu əks-hücum əməliyyatları çoxəsrlik tariximizin ən şanlı və parlaq səhifəsini yazan əsgər və zabitlərimizin mərd, cəsur və yenilməz olduğunu bütün dünyaya nümayiş etdirib. Ötən ilin 27 sentyabr tarixindən başlayaraq noyabrın 10-a kimi yüzlərlə yaşayış məntəqəsinin, 4 qəsəbə və 5 şəhərin işğaldan azad edilməsi minlərlə əsgər və zabitimizin Vətənə sevgisinin, dövlətə sadiqliyinin, mərdliyi və igidliyinin parlaq ifadəsidir.
Haqq və ədalətin bərpası, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi uğrunda 44 günlük qanlı savaş itkisiz yaşanmadı – Vətən uğrunda canından və qanından keçməyə hazır olan ləyaqətli əsgər və zabitlərimiz mənfur düşmənlə üz-üzə gəlib müqəddəs şəhidlik zirvəsinə ucaldılar, qazı oldular. Xalqımızın əzmi və iradəsi, Ali Baş Komandanın qətiyyəti, dövlətimizin iqtisadi gücü və Ordumuzun qüdrəti sayəsində qazanılmış və tariximizə qızıl hərflərlə əbədi həkk olunmuş böyük Qələbəyə görə hər birimiz şəhidlərimizə və qazilərimizə borcluyuq.
Tədbirdə Azərbaycan dövləti tərəfindən, xüsusilə ölkənin Birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın şəhid ailələrinə, onların övladlarına göstərilən diqqət və qayğıdan söz açıldı, müharibə qazilərinin sağlamlığının bərpası istiqamətində həyata keçirilən tədbirlərdən danışıldı. Bildirildi ki, Vətən müharibəsində şəhid olmuş əsgər və zabitlərimizin, fiziki sağlamlığını itirmiş qazilərimizin övladlarına həssas münasibət, xüsusi diqqət və qayğı hər bir ölkə vətəndaşının mənəvi borcudur.
Tədbirin bədii hissəsində şəhid və qazı övladlarına “İZ” – Mədəniyyətin İnkişafına Dəstək İctimai Birliyinin sədri, xanəndə Fəridə Mirişovanın ifasında Zəfər mahnıları səsləndi və əyləncəli bədii kompozisiya nümayiş etdirilib.
Daha sonra xeyriyyəçi Bahar Orucova tərəfindən təşkil olunmuş R_B Orqanik Kəndim qida məhsulları, həmçinin digər qarışıq hədiyyələr uşaqlara təqdim edilib.
Sonda “Uşaqların Gələcəyi Naminə” İctimai Birliyinin sədri Könül Quliyeva tədbirin keçirilməsinə öz xeyirxahlığı ilə dəstək verənlərə və Baku Mall Uşaq Əyləncə Mərkəzinin rəhbərliyinə təşəkkürünü bildirib.
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib