Qaxda qəza baş verib, avtomobillər meşəlik əraziyə aşıb

img

06-11-2021 [15:42]


Qax rayonunda yol qəzası baş verib.

Hadisə bu gün günorta saatlarında Qax-Zaqatala avtomobil yolunun rayonun Süskənd kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, eyni istiqamətdə hərəkətdə olan "BMW-X5" və "Hyundai" markalı avtomobillər toqquşub. Nəticədə hər iki avtomobil yol kənarında olan meşəlik əraziyə aşıb. Zərbənin gücündən hər iki avtomobil yararsız vəziyyətə düşüb.

Hadisə yerinə Təcili Tibbi Yardım briqadası və yol polis əməkdaşları cəlb olunub. Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA