Cəlilabadda həyətdə toy edən şəxs cərimələnib

img

06-11-2021 [12:45]


Həyətdə toy edən şəxsin karantin qaydalarını pozduğu aşkarlanıb

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Report"a verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlərlə Cəlilabad şəhəri ərazisində fərdi yaşayış evlərindən birinin həyətyanı sahəsində təşkil edilən toy məclisində iştirak edən qonaqların müəyyən edilmiş say həddindən artıq olduğu aşkarlanıb.

Karantin rejim qaydalarının pozulduğuna görə toy təşkilatçısı Ə.Nəbiyev barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib edilərək cərimə olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA