Azərbaycanın səhiyyə naziri əvəzi vaksinlərin bölüşdürülməsi ilə bağlı siyasəti tənqid edib

img

05-11-2021 [12:26]


COVID-19 səhiyyə sisteminə təzyiqlər göstərməkdədir. Yüksək gəlirli ölkələrdə 133 doza 100 nəfərə düşürsə, aşağı təminatlı ölkələrdə 4 doza 100 nəfərə düşür. Belə bir şəraitdə pandemiyanı idarə edə bilməyəcəyik və pandemiyanın dalğalarına düşəcəyik".

Mia.az xəbər verir ki, bunu səhiyyə nazirinin müavini, nazir səlahiyyətlərini icra edən Teymur Musayev VIII Qlobal Bakı Forumunun "Səhiyyə və əhalinin vaksinasiyası" panel müzakirələrində çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan ilk gündən peyvənd millətçiliyinə qarşı çıxis edib: "Hələ də dünyada peyvənd millətçiliyi yürüdülür".

Nazir müavini bildirib ki, dünyada səhiyyə xidmətləri dayanıqlı olmalıdır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA