Emin Əmrullayev Türk Şurasına üzv ölkələrin təhsil nazirlərinin toplantısında iştirak edir
04-11-2021 [11:53]
Azərbaycanın təhsil naziri Emin Əmrullayevin rəhbərlik etdiyi nümayəndə heyətinin Türkiyəyə səfəri davam edir.
Səfər çərçivəsində nazir İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin təhsil nazirlərinin VI Zirvə Toplantısında iştirak edir.
Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın toplantı iştirakçılarına müraciəti səsləndirilib.
Müraciətində bu il türk dünyası olaraq Türk Şurasının quruluşunun 12-ci ildönümünün qeyd etdiyimizi xatırladan Prezident Ərdoğan ötən bu dövr ərzində şuranın ölkələr arasında qardaşlığın, həməyliyin və əməkdaşlığın rəmzi halına gəldiyini və şura çərçivəsində keçirilən müxtəlif səviyyəli tədbirlərdəki ünsiyyətin hər sahədə təcrübə mübadiləsi, eləcə də yeni ortaqlıqların qurulmasına vəsilə olduğunu vurğulayıb.
Bu dövr ərzində Türk Şurasının da öz quruluşunu tamamlayaraq, yeni qatılan ölkələrlə gücünü, etibarını və dünyada təsirini daha da artırdığını vurğulayan Türkiyə Prezidenti bu il noyabrın 12-də Türkiyənin ev sahibliyi ilə İstanbulda keçiriləcək VIII Zirvə Görüşünün şuranın tarixində bir dönüş nöqtəsi olacağına ümidvar olduğunu ifadə edib. Hazırda keçirilən bu tədbirin gələcəyimizin təminatı olan gənclərimizə daha keyfiyyətli təhsil verə bilmək üçün bir yol göstərici olacağına inandığını vurğulayıb.
Tədbirdə çıxış edən nazir Emin Əmrullayev Ermənistanın 30 ilə yaxın azərbaycana qarşı apardığı işğalçı siyasət və Azərbaycanın Vətən müharibəsi nəticəsində torpaqlarının işğaldan azad etməsi haqqında danışıb. Nazir 44 günlük Vətən müharibəsi dövrü ərzində başda Türkiyə olmaqla Azərbaycana dəstək verən bütün ölkələrə minnətdarlığını ifadə edib.
Nazir toplantıda iki qardaş ölkənin təhsil müəssisələrində tədrisinə başlanılması nəzərdə tutulan ortaq türk tarixi və coğrafiyasına dair dərsliklərinin ən qısa zamanda tədris proqramlarına daxil ediləcəyinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, səfər çərçivəsində Azərbaycanın təhsil naziri Emin Əmrullayev ilə Türkiyənin milli təhsil naziri Mahmut Özər və Ali Təhsil Şurasının rəhbəri Erol Özvarla görüşüb.
Görüşlər zamanı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında peşə təhsili sahəsində əməkdaşlığa dair Protokol”un icrasından irəli gələn məsələlər və “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” ətrafında fikir mübadilələri aparılıb./Report
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR
"XƏYAL QURMAYAQ, ABŞ-ın NÜVƏ ÇƏTİRİNİ DƏ İTİRƏRİK" - NATO Baş katibi Avropa liderlərinə açıq tribunadan elə mesaj verdi ki...
Söyüşə görə TV-dən qovulan tanınmış jurnalistin yeni iş yeri bəlli oldu: "Həyəcanlıyam"
Qvardiola "Qalatasaray"la oyunla balı azarkeşlərə səsləndi: "Dəstəyinizə ehtiyacımız var"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Daha bir "TikToker" həbs edildi
Space TV-də gərginlik - "Götürmür, cəhənnəmə götürsün" (VİDEO)
Bakıda qadın iki uşağını gözəllik salonunda qoyaraq gedib
Nigeriya prezidenti Ankaraya gəlir
“Qadın Dəstək Xətti”nə müraciətlərin sayı 2,5 dəfə artıb
İnternetdə fahişəliklə məşğul olmağa açıq çağırış... - Onları 500 manat cərimə gözləyir
AGENTLİKDƏ YEYİNTİYLƏ BAĞLI KOMPROMAT: Zaur Mikayılovun məmur qardaşı ilə bağlı əmrinin görünməyən tərəfləri...
Narkotik testi pozitiv çıxdı, "Təşkilat"dan uzaqlaşdırıldı
Sosial şəbəkələrdə qanunu pozan paylaşımlar... - Prezident cəza hallarını təsdiqlədi
Elektron siqaretlərlə bağlı qadağa təsdiqlənib