Bakıda şirkət rəhbərinə hökm oxunub

img

04-11-2021 [11:24]


Bakı Ağır Cinayətlər Məhkəməsində milyonlarla manatı mənimsəmədə ittiham edilən Adıgözəlov Füzuli Qəşəm oğlunun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Hakim İlham Mahmudovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hökm oxunub.

Məhkəmənin hökmü ilə F.Adıgözəlov 10 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan araşdırma nəticəsində “Güllübulaq” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) təsisçisi və faktiki rəhbəri Adıgözəlov Füzuli Qəşəm oğlunun cinayət əməlləri üzə çıxıb.

F.Adıgözəlov 2011-2015-ci il tarixlərində Türkiyədən müxtəlif məhsullar idxal edib, MMC-yə məxsus 1 milyon 885 min manat məbləğində pul vəsaitinin hesabına malların dəyərini və gömrük rüsumlarını ödəyib, malların satışından əldə etdiyi gəlirdən Cəmiyyətə ödəniş etməyib.

Bundan başqa, F.Adıgözəlovun 2011-2015-ci illər ərzində ümumilikdə 8 milyon 396 min manat məbləğində vergini dövlət büdcəsinə ödəməkdən qəsdən yayınmasına da əsaslı şübhələr yaranıb.

Füzuli Adıgözəlov Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 213.2.2-ci (külli miqdarda vergiləri ödəməkdən yayınma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib./Report

Digər xəbərlər
SON XƏBƏRLƏR