Bakıda məktəbə bomba qoyulması barədə yalan məlumat verən şəxs saxlanılıb

img

30-10-2021 [13:10]


Oktyabrın 29-da DİN-in “102 - Zəng Mərkəzi”nə zəng edən şəxs Xəzər rayonu Mərdəkan qəsəbəsi ərazisindəki orta məktəblərdən birinin damına bomba qoyulması barədə məlumat verib.

Daxili İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib, lakin fakt təsdiqini tapmayıb.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxs - Mərdəkan qəsəbə sakini, əvvəllər məhkum olunmuş 36 yaşlı P.Məmmədov müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 216-cı maddəsi (Terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) ilə cinayət işi başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA