Sabah Bakıda yağış, bölgələrdə qar yağacaq

img

30-10-2021 [11:50]


Bakıda və Abşeron yarımadasında oktyabrın 31-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən Mia.az-a verilən məlumata görə, əsasən səhər və axşam yarımadanın bəzi yerlərində yağış yağacağı ehtimalı var.

Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.Bakıda gecə 10-12° isti, gündüz 15-17° isti olacaq.

Atmosfer təzyiqi normadan yüksək 775 mm civə sütunundan 771 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı, axşama doğru tədricən kəsiləcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-11° isti, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA