Ucar xəstəxanasında ana doğuşdan sonra vəfat edib

img

30-10-2021 [09:45]


Ucarda ana doğuşdan sonra dünyasını dəyişib.

Məlumata görə, Zərdab rayonunun Məmmədqasımlı kənd sakini, 1989-cu il təvəllüdlü Gülnar Mirzə qızı Mehdiyeva bu gün saat 13 radələrində doğuş üçün Ucar Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Körpə əməliyyat olunaraq götürülüb. Lakin iki dəfə əməliyyat olunmasına baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmayıb.

Qadın saat 22:00 radələrində xəstəxanada ölüb.

Onun meyiti aidiyyəti üzrə təhvil verilib.

Faktla baglı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA