İMİŞLİDƏ SENSASİYALI OLAY: 11 yaşlı qız uşaq doğdu - Prokurorluq hərəkətə keçdi (YENİLƏNİB)

img

29-10-2021 [18:42]


Baş Prokurorluq İmişli rayonunda 11 yaşlı qızın uşaq dünyaya gətirməsi ilə bağlı məlumat yayıb.

Mia.az xəbər verir ki, məlumatda deyilir:

"KİV-dən Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olan sorğuya cavab olaraq bildirilir ki, Rayon Mərkəzi xəstəxanasından İmişli rayon sakini 2010-cu il təvəllüdlü A.N-nın (ad şərtidir) hamiləlik vəziyyətinin aşkar edilməsinə dair rayon prokurorluğuna məlumat daxil olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Hazırda istintaq davam edir".

***

İmişlidə 11 yaşlı qız uşaq dünyaya gətirib.

İmişli rayon xəstəxanasından verilən məlumatına görə, İmişli şəhər sakini 2010-cu il təvəllüdlü (11 yaşlı) məktəblinin nənəsi İmişli rayon Xəstəxanasına müraciət edib.

Xəstəxananın ginekoloji şöbəsində 11 yaşlı qıza 31 həftəlik hamiləlik diaqnozu qoyulub.

Bu barədə xəstəxana İmişli rayon prokuroluğuna müraciət edib. İmişli rayon prokuroluğu araşdırmaya başlayıb. Bu gün Respublika Klinik xəstəxanasında azyaşlı qız qeysəriyyə əməliyyatı ilə qız uşağı dünyaya gətirib.

Faktla bağlı İmişli Rayon Prokurorluğunda cinayət işi başlanılıb/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA