Xüsusi məktəblərə işə qəbul üzrə müsahibənin nəticələri açıqlanıb

img

29-10-2021 [17:29]


Oktyabrın 26-da keçirilən xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərilib.

Təhsil Nazirliyindən Mia.az-a verilən məlumata görə, müsahibələrdə uğur qazanan namizədlərin şəxsi səhifəsində bu barədə müvafiq məlumatlar qeyd olunub və onlarla 2021-2022-ci tədris ilinin sonuna kimi müqavilə bağlanılacaq.

Qeyd edək ki, xüsusi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi onlayn formatda həyata keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA