TƏBİB: "İnsanlar özbaşına dərman vasitələrinin qəbul edilməsindən çəkinməlidirlər”

img

29-10-2021 [15:07]


“Xəstələrin həkim tövsiyəsi olmadan dərman vasitəsi istifadə etməsi təhlükəlidir”.

Bunu bu gün TƏBİB-in Dərman və tibb vasitələri departamentinin rəhbəri Elmin Quliyev “Dərman təhlükəsizliyi və farmakonəzarət” mövzusunda çıxışında bildirib.

E. Quliyev deyib ki, COVİD pandemiyası dövründə xəstələr stasionar şəraitdə də dərman qəbul edirlər: “Bu halda həkim nəzarəti olur və ciddi əlavə təsirlər müşahidə edilmir. Ancaq bəzən insanlar özləri antiviral, ineksion və digər dərman vasitələri qəbul edirlər. İneksion dərman vasitələrinin qəbulu hətta ölümə səbəb ola bilər. İnsanlar özbaşına dərman vasitələrinin qəbul edilməsindən çəkinməlidirlər”/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA