Təhsil-tələbə Krediti Reyestri yaradılacaq - Yeni qanun

img

29-10-2021 [13:20]


Təhsil-tələbə kreditlərinin qeydiyyatı məqsədi ilə Təhsil-tələbə Krediti Reyestri yaradılacaq.

Bu, Elm və təhsil komitəsi yanında “Ali təhsil haqqında” qanun layihəsi üzrə yaradılmış işçi qrupunun tərəfindən hazırlanmış və işçi qrupun noyabrın 2-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq “Ali təhsil haqqında” qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, təhsil-tələbə kreditləri Azərbaycan Respublikasının ali təhsil müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatda tələbələrə təhsil haqqını və təhsil aldığı müddətdə təhsillə əlaqədar xərclərin ödənilməsi üçün veriləcək/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA