Nazirlikdən tikinti şirkətlərinə - Xəbərdarlıq

img

29-10-2021 [11:44]


Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi tikintidə təhlükəsizliyin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

Mia.az FHN-ə istinadla xəbər verir ki, bu çərçivədə agentliyin mütəxəssisləri tərəfindən son zamanlar aparılan monitorinqlər zamanı ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən tikinti sahəsində qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması, o cümlədən tikintisinə müvafiq qaydada icazə alınmadan və ya verilmiş icazənin tələblərinə əməl olunmadan, torpağın təyinatına uyğun gəlməyən tikinti işlərinin aparılması, müvafiq qaydada razılaşdırmadan bina və qurğuların konstruktiv (yükdaşıyan) elementlərində dəyişikliklərin edilməsi faktları aşkar olunur və bu da insan həyatı və sağlamlığına təhlükə törətməklə yolverilməzdir:

"Qeyd olunanları nəzərə alaraq, tikinti fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərə müraciət edərək vətəndaşlarımızın təhlükəsizliyinin və sağlamlığının təmin edilməsi məqsədilə qüvvədə olan qanunvericiliyin tələblərinə riayət etməyə və pozuntulara yol verməməyə çağırırıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA