Daha 6 müəllim və 5 şagird COVID-19-a yoluxdu, əyani dərslər dayandırıldı - Bakıda

img

28-10-2021 [18:39]


Bakıda daha bir məktəb distant tədrisə keçib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mia.az-a bildirilib ki, 212 nömrəli tam orta məktəbin 6 müəllimi və 5 şagirdində COVID-19 infeksiyasına yoluxma faktı təsdiq olunub.

Bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 212 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 14 gün müddətinə distant təhsillə əvəz olunub.

Qeyd edək ki, əyani tədris bərpa olunandan bu günə qədər Bakıda və regionlarda şagird və müəllimlərin koronavirusa yoluxması səbəbindən bir çox təhsil müəssisəsində dərslər distant formaya keçirilib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA