Bakıda evdə partlayış olub, yaralananlar var

img

28-10-2021 [10:03]


Bakıda evdə partlayış olub.

Hadisə oktyabrın 27-də paytaxtın Sabunçu qəsəbəsi, Y.Saratov küçəsində qeydə alınıb.

Belə ki, Vidadi Fərəcova məxsus fərdi yaşayış evində ani partlama baş verib. Nəticədə mənzildə kirayəşin kimi yaşayan Goranboy sakini, 1984-cü il təvəllüdlü G.Adıgözəlova və Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Elşən Əliyev xəsarət alıblar. Onlar təcili yardım vasitəsilə 5 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdiriliblər.

Yaralananlardan E.Əliyevin vəziyyəti normaldır, G.Adıgözəlovanın vəziyyəti isə ağırdır.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib.

İlkin baxış zamanı ümumilikdə sahəsi 80 kv/m. olan ev 3 otaq və 1 mətbəxtdən ibarətdir. Partlayış nəticəsində evin bütün otaqları yanıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA