III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirildi - DİM açıqlama yaydı
27-10-2021 [09:52]
III ixtisas qrupunda bəzi ixtisaslar üzrə imtahan fənləri dəyişdirilir.
Mia.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb.
Bildirilib ki, 2020-ci ilin dekabr ayında Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzinin birgə məlumatında qeyd olunduğu kimi, "Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 8 fevral tarixli 39 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə tələbə qəbulu Qaydaları”nda dəyişiklik edilməsi haqqında" Nazirlər Kabinetinin 2021-ci il 9 sentyabr tarixli 252 nömrəli Qərarına əsasən, “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq (regionlar üzrə)” ixtisasları II ixtisas qrupundan çıxarılaraq III ixtisas qrupuna daxil edilib.
Bu dəyişiklikdən irəli gələrək, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi tərəfindən hazırlanmış Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı layihəsinə əsasən, 2022/2023-cü tədris ilindən başlayaraq III ixtisas qrupuna daxil olan ixtisasların dil-tarix (DT) və tarix-coğrafiya (TC) altqrupuna daxil edilən ixtisaslar olmaqla 2 altqrupa bölünməsi və TC altqrupuna daxil edilən “Beynəlxalq münasibətlər” və “Regionşünaslıq” ixtisaslarının müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin imtahanın II mərhələsində Azərbaycan (rus) dili və tarix fənləri ilə yanaşı coğrafiya fənnindən, DT altqrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlərin isə ədəbiyyat fənnindən imtahan verməsi nəzərdə tutulur.
Hər iki altqrupa daxil olan ixtisasların müsabiqəsində iştirak etmək istəyən abituriyentlər isə II mərhələdə Azərbaycan (rus) dili, tarix və ədəbiyyat fənləri üzrə imtahan verdikdən sonra əlavə olaraq coğrafiya fənnindən fərq imtahanı verməlidirlər.
Beləliklə, abituriyentlər ali təhsil müəssisələrinə sənəd qəbulu zamanı III ixtisas qrupu üzrə elektron ərizə doldurarkən, öz istəklərinə uyğun olaraq ərizələrində təhsil almaq istədikləri ixtisas və yaxud ixtisaslara uyğun olan iki altqrupdan birini, yaxud hər iki altqrupu seçmək imkanına malik olacaqlar.
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR