Kollec direktoru ilə müəllimə arasında məhkəmə - Qalmaqalı
26-10-2021 [16:55]
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin müəllimi Xəyalə Əhmədova ilə direktor Nərmin Qaralova arasındakı məhkəmə çəkişməsi sona çatıb.
MİA.az xəbər verir ki, bu barədə Bakupost.az -a danışan Xəyalə Əhmədova bildirib ki, ona töhmət verdiyi üçün kollecin direktorunu məhkəməyə verib:
“Biz 63 nəfər direktorun özbaşınalığına, müəllimlərlə ziyalı kimi yox, bazar adamı kimi danışmasına, kollecimizdə tədris prosesinin bərbad vəziyyətə salmasına görə Prezidentə müraciət ünvanlamışdıq. Məktub Qaralovaya çatandan sonra bizim qara günlərimiz başladı, bizi təhqir etməyə, hədə-qorxu gəlməyə başladı. Öz aralarında istintaq qrupu yaratdılar və bir-bir müəllimləri çağırıb, məktubu niyə yazdığımızı soruşurdular.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru Ceyran Mahmudovanın adına bir qrup müəllimlərdən izahat aldılar. Mən də dedim ki, biz şikayət vermişiksə, haradan dəvət edərlər gedib orada izahatımızı verərik. Siz niyə bizdən izahat alırsınız? Ondan sonra 2 nəfərə şiddətli, mənə də adi töhmət verildi. Mən də bu töhmətin əsassız verilməsilə bağlı məhkəməyə müraciət etdim”.
Binəqədi Rayon Məhkəməsində işə baxıldıqdan sonra direktorun töhmətlə bağlı əmri ləğv edilib.
Qeyd edək ki, keçmiş Baş prokuror Zakir Qaralovun qohumu olan Nərmin Qaralova bir müddət əvvəl 67 müəllimin işdən çıxarılması barədə qərar qəbul edib. Onlara bildirilib ki, ya bir illik müqaviləyə qol çəksinlər, ya da işə buraxılmayacaqlar. Bundan narazı qalan müəllimlər isə ondan şikayət ediblər. Sonradan bəzi müəllimlər direktorun təkliflə razılaşmağa məcbur olublar. Digər müəllimlər isə işdə adı getsə də auditoriyaya buraxılmır.
Müəllimlərin bütün aidiyyəti qurumlara ünvanladıqları müraciətləri hələlik cavabsız qalıb.
Qəzzada ölənlərin sayı 71662-yə yüksəlib
Bakıda polis əməliyyatı: saxlanılanlar var
Sahibə Qafarova Saqr Qobaşla görüşüb - Müzakirə
İran hökumətinin sözçüsü: "Müharibəyə tam hazırıq"
Nəsimi rayonunda 36 kq narkotik aşkarlanıb
Kəmaləddin Heydərov Xalq artistinin qızını vəzifədən çıxardı - Təranə Qumral istəyinə çatdı
XARİCİ DİLİ ÜZRƏ İMTAHAN MODELİ DƏYİŞİR - DİM-də müzakirə aparılıb
Milli Məclisə “Uşaq hüquqları haqqında” qanun layihəsi daxil olub
İSRAİL və İRAN YENİDƏN "AYAQLANIB": XİN rəsmiləri 3 gün ara ilə Bakıya niyə gəldi? - TƏHLİL
Qaraçuxurda qohumunun evindən 51 min manat oğurlayan qadın tutulub
Elçin Məsiyev UEFA Avropa Liqasına təyinat alıb
Qaz limiti barədə qərarın dəyişəcəyi gözlənilir - Deputat danışdı
AZAL Gürcüstana səfər edənlərə xəbərdarlıq edib
Məhkəmə Əli Kərimliyə "yox" dedi - AXCP sədri azadlığa buraxılmadı
Hikmət Hacıyevin adından saxta məzmunlu video yayılıb - XƏBƏRDARLIQ
Məhkəmə sədrinin bıçaqlanan gəlini barədə - Açıqlama
Ceyhun Bayramov Çinə gedib
Arpaçay su anbarı donub - FOTO
Albaniya Baş naziri İsrail parlamentində İranı "yıxıb-sürüdü", Türkiyəni isə... - "Xomeyni Respublikası ilə bu incə əlaqələri də kəsdik"
Sabah hava necə olacaq? - Proqnoz
Prezident İlham Əliyev Sumqayıtda - FOTOLAR (Yenilənib)
Qərb Ərdoğandan yox, yeni Türkiyədən qorxur - TƏHLİL
İranda aksiyalar davam edir - Ölənlərin say 6 mini keçib
Nazir, komitə sədri... - Onların qəbul günləri + CƏDVƏL
MƏHKƏMƏ SƏDRİNİN OĞLU CANINA QIYDI - Əvvəl arvadını bıçaqlayıb, sonra isə... (YENİLƏNİB)
372 sayda saxta sayt, link və keçidlər bloklanıb - Azərbaycanda
Çempionlar Liqası: "Mançester Siti" - "Qalatasaray" matçı TRT1-də canlı yayımlanacaq
Valyuta ehtiyatlarımız 85 milyard dolları ötüb
Azərbaycan nefti cizi ucuzlaşdı
"TikTok" Trampı qoruyur - Onunla bağlı neqativ xəbər bloklanır
AzTV-də dəyişiklik - Nəcəf Həsənov direktor təyin olundu , Vəli Əkbər vəzifədən getdi
Vergi borcu olan “Qardaşlar Mebel” tenderdə qalib elan olunub- Sənəd
Zəngilan rayonunun Məmmədbəyli kəndinə növbəti köç olub
DTX Bakıda səfirliyə hücumun qarşısını alıb, həbslər var - ƏMƏLİYYAT GÖRÜNTÜLƏRİ (VİDEO)
Bu gündən məktəblərdə qış tətili başlayıb
Xırdalanda anbar yanıb
"Gözləmədiyimiz oyun oldu"- "Beşiktaş"ın Baş məşqçisi "20 milyon avrodan ucuz futbolçu tapa bilmirik" deyir
ABŞ Suriyadakı İŞİD-çiləri ölkədən çıxarır? - FOTOLAR