Qəbələdə toy sahibləri cərimələniblər

img

26-10-2021 [15:49]


Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı fərdi evlərdə keçirilən toy mərasimlərində karantin qaydalarının pozulduğu aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Mia.az-a verilən məlumata görə, rayonun Yenikənd, Soltannuxa və Böyük Pirəlli kəndlərində yerləşən fərdi evlərin həyətyanı sahələrində təşkil edilən toy məclislərində 150 nəfərdən artıq qonağın iştirak etdiyi, eləcə də bəzilərinin COVID-19 pasportu olmadığı müəyyən edilib.

Aşkarlanan qayda pozuntuları ilə əlaqədar toy təşkilatçıları Elsevər Qismətov, Mahir Əzimov və Qismət Mustafayev inzibati məsuliyyətə cəlb olunaraq cərimələniblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA