Daha bir işçi qrupu iclas keçirəcək

img

26-10-2021 [14:07]


Oktyabrın 29-da, saat 15:00-da Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Fiziki infrastruktur” işçi qrupunun növbəti iclası keçiriləcək.

Mia.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən xəbər verir ki, iclasda 2021-ci il üçün Fəaliyyət Planının müvafiq bəndlərinin icrası üzrə görülmüş işlərlə bağlı hesabatların dinlənilməsi, işçi qrupunun əvvəlki iclaslarında qərara alınmış tədbirlərin icra vəziyyəti və növbəti il üçün Fəaliyyət Planı layihəsinin müzakirə edilməsi planlaşdırılır.

Qeyd olunan fəaliyyət sahəsi üzrə təklif vermək və ya işçi qrupun iclasında iştirak etmək arzusunda olan şəxslər https://azranking.az saytında “Onlayn müraciət” səhifəsinə daxil olaraq müraciət edə bilərlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA