Deputat səhvlərlə dolu statusundan danışdı: "Fəaliyyətimə kölgə sala bilməyəcəklər”

img

26-10-2021 [12:23]


“Bazar günü Özbəkistanda keçirilmiş prezident seçkiləri kifayət qədər şəffaf yekunlaşdı. Azərbaycanlı müşahidəçilər olaraq, təxmini 20-25 seçki məntəqəsində seçkiləri müşahidə etdik”.

Mia.az xəbər verir ki, bu sözləri Modern.az-a oktyabrın 25-də Özbəkistanda keçirilmiş prezident seçkilərini müşahidə etmiş deputat Cavanşir Paşazadə deyib.

Cavanşir Paşazadə ötən gündən etibarən mətbuatda haqqında paylaşılan məlumatlara da cavab verib:

“Mən başa düşmürəm ki, niyə bəzi insanlar hər şeydə neqativ axtarırlar, fürsətdən istifadə edib, dərhal tənqidə əl atırlar. Mənim telefonumda seçki ilə bağlı şəkillər var idi. Müşahidəylə məşğul olduğum üçün sürücüm şəkilləri sosial şəbəkə səhifəmdə yerləşdirirdi. Paylaşımdakı orfoqrafik səhvlərə də o zaman yol verilib.

Mən bir deputat olaraq, həmişə işimin başında, seçicilərimin yanında, görüşlərdəyəm. Təəssüf ki, bəzi insanlar gördüyümüz işlərə kölgə salmağa çalışırlar. Lakin inanıram ki, yaxşı işlərə mane ola bilməzlər.

Mən hər zaman dövlətimə, xalqıma sadiq olmuşam. Hesab edirəm ki, fürsətdən bi cür istifadə edənlər mənim fəaliyyətimə kölgə sala bilməyəcəklər”.

Qeyd edək ki, Cavanşir Paşazadənin Facebook hesabında Özbəkistandakı seçkilərlə bağlı ötən gün yerləşdirilən paylaşımı tənqid olunub.

Deputatın paylaşımında orfoqrafik səhvlərə yol verilməsi qısa müddətdə müzakirələrə səbəb olub.

Nəticədə C.Paşazadə sözügedən paylaşımı silib.

Digər xəbərlər
SON XƏBƏRLƏR