Quba və Qusar rayonlarına qar yağıb

img

26-10-2021 [09:45]


Quba və Qusar rayonlarına ilk qar yağıb.

Məlumata görə, axşam saatlarından başlayaraq Azərbaycanın Şimal bölgəsində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

Belə ki, Quba və Qusar rayonlarının əksər dağlıq kənd və məntəqələrinə dünən axşamdan yağmağa başlayan qar bu gün səhər saatlarında kəsib.

Hazırda qarın hündürlüyü 2-3 santimetrə yaxındır.

Eyni zamanda bölgənin Xaçmaz və ətraf rayonlarında yağışla müşahidə olunan küləkli hava şəraiti hökm sürür.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:03 27.01.2026

Xırdalanda anbar yanıb

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA