Vüqar Rəhimzadə: "Bu, Böyük Qayıdışın təqdimatıdır..."
22-10-2021 [23:57]
«Tarixi Zəfərimizin birinci ildönümü ərəfəsindəyik. Bu gün 44 gündə yazılan qələbə tarixlərini qeyd edirik. Bu sevinci artıran, daha da möhtəşəmliyini təmin edən mühüm hadisə isə ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həmin tarixlərdə işğaldan azad olunmuş ərazilərimizə səfərləri və bu səfərlər çərçivəsində Böyük Qayıdışı sürətləndirən addımların atılması, onların ictimaiyyət nümayəndələri ilə görüşlərində bir daha həmin tarixi anlara ekskurs edilərək Zəfərimizi şərtləndirən amillərə diqqətin yetirilməsidir. Oktyabrın 20-də dövlət başçısı İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Zəngilan rayonuna səfərləri də bu baxımdan xüsusi diqqət çəkir. Bu səfərin gedişini televiziya ekranlarından, internet resurslarından izlədikcə açıq-aydın görürük ki, 27 il erməni işğalından sonra tarixi sahibinə qayıdan Zəngilanın həyatında yeni dövr başlayıb. Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə «İndi mən “Xoş gəlmisiniz” deyirəm, çünki mən sizi dəvət etmişəm ki, bu gözəl tarixi birlikdə burada qeyd edək» söyləyən ölkə Prezidenti bu əminliyi də ifadə etmişdir ki, amma bundan sonra mən Zəngilana gələndə zəngilanlılar “Xoş gəlmisiniz” deyəcəklər. İşğal tarixi artıq tarixdə qaldı, əbədi silindi. İndi yeni tarix var. Azad edilmiş hər bir şəhərin azad olunma günü tarixi Zəfər günüdür. »
Mia.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.
V.Rəhimzadə qeyd edib ki, torpaqlarımızın işğaldan azad edilməsi gənclərimizdə milli ruhun yüksəkliyini, vətənpərvərliyin ali məqamını nümayiş etdirdi: «Ölkə Prezidentinin qeyd etdiyi kimi, hətta bu torpaqları görməyən gənclər də onların azad edilməsi arzusu ilə yaşamışlar. Ölümə
gedən də məhz onlar oldu. Bu, onu göstərir ki, xalqımız müqəddəs Zəfər gününü bütün çətinliklərə, əzab-əziyyətlərə baxmayaraq, gözləyirdi və inanırdı ki, bu gün gələcək. Müstəqil Azərbaycanımız bu günü yaşamaq üçün bütün zəruri addımları atdı. Xalqımızı səfərbər, gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək üçün səylər göstərildi. Təbii ki, müstəqilliyimizin, suverenliyimizin qarantı olan ordumuz gücləndirildi. Hər bir ölkənin inkişafında əsas amil olan iqtisadi və siyasi müstəqillik təmin edildi. Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolu möhkəmləndi, ölkəmiz yeni dostlar və tərəfdaşlar qazandı. Artıq tarixə qovuşan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün möhkəm hüquqi baza formalaşdı. Məhz bu uğurlar fonunda torpaq həsrətimizə son qoyuldu, ədalət bərpa edildi, ərazi bütövlüyümüzə qovuşduq. Dövlət başçısı İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə davamlı xarakter alan səfərləri 30 ilin torpaq həsrətinin aydın ifadəsini yaradır. Dördüncü dəfədir ki, Zəngilana səfər edən Prezident İlham Əliyev bildirmişdir ki, sovet dövründə Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat-logistika mərkəzinə çevriləcək. Çünki Zəngəzur dəhlizi buradan keçir, Horadiz-Ağbənd avtomobil yolu tikilir. Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail olmuşuq. Moskvada Azərbaycan, Rusiya, Ermənistan baş nazirlərinin müavinləri növbəti dəfə görüşdülər. Azərbaycanın mövqeyi bu görüşdə bir daha səsləndirildi.»
YAP Xətai rayon təşkilatının sədri Qələbənin işıq saldığı tərəflərdən biri kimi, Prezident-xalq birliyindən geniş bəhs edib: «Dövlətini, xalqını daim irəli aparan, millətinin mətinliyini, yenilməzliyini, məğrurluğunu dünyaya nümayiş etdirən, ən çətin anlarda və xoş günlərində vətəndaşının yanında olan Prezidentə milyonların sevgisi şəksizdir. Dövlət başçısı İlham Əliyevin irəli sürdüyü hər bir təşəbbüsə, qəbul etdiyi qərarlara xalqımızın dəstəyi bugünkü uğurlarımızda öz aydın ifadəsini tapıb. 44 günlük Vətən müharibəsi bu birliyi bir daha sübut etdi. Müharibənin başlandığı ilk gündən Prezidentin ətrafında sıx birləşərək, hər gün televiziya ekranlarının qarşısında Müzəffər Ali Baş Komandan İlham Əliyevdən qələbə xəbərlərini səbirsizliklə gözləyən xalq bu qələbələri küçə və meydanlarda böyük coşqu ilə qeyd edərək, dövlət başçısına, rəşadətli Azərbaycan Ordusuna minnətdarlıqlarını bildirdilər. Vətən müharibəsinin getdiyi dövrlərdə döyüş meydanında məğlubiyyəti ilə
barışmayan Ermənistan silahlı qüvvələrinin Xocalı soyqırımının davamı kimi dəyərləndirilən Gəncə, Bərdə, Tərtər və digər ərazilərimizdə törətdikləri terror aktları zamanı dövlət başçısı İlham Əliyevin səsləndiridyi bəyanatlar, ictimaiyyətin yanında olması da bu kimi məqamlara işıq salırdı. Bütün bu faciələrə baxmayaraq yenə də əhali evindən çıxmır, rayonu, kəndi tərk etmir, öz Prezidenti, Ordusu ilə fəxr etdiyini, onların yanında olduğunu bildirərək sonadək bu yolu tuturdu. Cənab İlham Əliyevin Türkiyənin «Anadolu» Agentliyinə müsahibəsində jurnalistin işğaldan azad edilən bölgələrə tez-tez səfərləri zamanı Mehriban xanım Əliyevanın paylaşdığı görüntülərin yaratdığı təəssüratlarla bağlı sualını cavablandırarkən söylədiyi fikirlərə diqqət yetirək. Ölkə Prezidenti bildirmişdir ki, bu, yeni bir yanaşma idi və çoxlarının xoşuna gəldi. Gözlərimin önünə o bölgələrdə yaşamış insanlar gəlirdi. Çünki onlar 30 il həsrət içində idilər. Onlar bizim gözlərimizlə onu görməlidirlər. Nə qədər əzab-əziyyət çəkdilər, amma sınmadılar, möhkəm durdular. Budur Azərbaycan! Budur Azərbaycan xalqı! Məhz xalqımızın bu məğrurluğunun, xalq-Prezident birliyinin, xalqımızın dövlət başçısına sevgisinin, inamının nəticəsidir ki, dövlət başçısı Zəngilan ictimaiyyətinin nümayəndələri ilə görüşündə Onun ünvanına səsləndirilən «Siz dünyanın ən böyük mükafatına layiqsiniz» fikirlərinə cavab olaraq bildirmişdir ki, ən böyük mükafatım bu gün burada Sizinlə bərabər olmağımdır.»
«Tarixi Qələbəmizdən bugünədək dövlət başçısının işğaldan azad olunmuş torpaqlara səfərləri Prezident İlham Əliyevin bu sevinci xalqla paylaşmaq istəyini aydın şəkildə nümayiş etdirir» söyləyən Vüqar Rəhimzadə bildirib ki, Onun ictimaiyyət nümayəndələri ilə hər bir görüşü Böyük Qayıdışın təqdimatıdır. Çünki Prezident İlham Əliyev bu görüşlərdə işğaldan azad edilmiş ərazilərimizdə görülən işlərdən geniş bəhs edərək daim zamanın yeganə rəqibimiz olduğunu açıqlayır. Tezliklə bütün planlar həyata keçəcək, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaq, Qarabağda və Şərqi Zərgəzurda yeni həyat başlayacaq. Qarabağlı, Şərqi Zəngəzurlu Azərbaycan dünyaya özünün yeni inkişaf modelini təqdim edəcək.
DÜNYANIN 20 ƏN GÜCLÜ ORDUSU: Türkiyə 9-cı sıradadır - SİYAHI
Türkiyədə məşhur aktyor və aktrisalar narkoman çıxdı - Test cavabları açıqlandı + SİYAHI
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 3 günlük məzənnəni açıqladı
"İmişli" - "Araz-Naxçıvan" oyununda qapılara 4 qol vurulub
Kamran Əsədovla bağlı yeni araşdırma başlayıb - Rektor isə qaynını işdən uzaqlaşdırdı (YENİLƏNİB)
Bakıda yanan evdə 2 nəfərin meyiti aşkarlandı
İran XİN başçısında Zelenskiyə sərt cavab: "Dünya təlxək klounlardan bezdi, utanmadan..."
CHP-li keçmiş bələdyyə sədrinə hökm oxundu - 6 il 3 ay həbs
AFFA liqalarda yeniliklər etməyə hazırlaşır
GENERAL MƏDƏT QULİYEV BOŞANIB
İsrail ordusu 4 gün əvvəl girdiyi rayondan geri çəkilib - "350 evdə axtarış aparılıb"
Röya Ayxanın bir qardaşı da müğənni imiş... - VİDEO
ABŞ Səfirliyi Tramp-Əliyev görüşü haqqında məlumat yaydı
Xalq artistinin qardaşı oğlu müşavir vəzifəsindən azad edildi - Nazir əmr imzaladı (FOTO)
Türkiyə millisinin üzvü: "Yuventus"da xoşbəxtəm"
"Aston Villa" "Beşiktaş"ın hücumçusunu istəyir - 21 milyon avro və futbolçu təklif edilib
Bakıda eksternat imtahanlar elektron qaydada keçiriləcək
Azercell Azərbaycanda ISO/IEC 27701:2019 beynəlxalq sertifikatını əldə edən ilk şirkət oldu
Maliyyə Nazirliyi süni intellektin tətbiqi ilə bağlı işə başlayıb
"Qalatasaray" daha bir oyunçu ilə yollarını ayırır
Qarabağda yaşayan 10 erməni Ermənistana təhvil verilib
9 ay əvvəl vəzifəyə təyin edilən xanım çıxarıldı - "Dəmir Yolları”ndan yeni kadrlar gətirilib (FOTO)
Niyaməddin Musayevin qızı haqda maraqlı məlumatlar yayıldı: polkovnik, şöbə rəisi...
Sabahın hava proqnozu açıqlandı
Zaur Əkbər Avropaya mühacirətə yollanıb
Komitə sədri özünə yeni köməkçi götürüb - FOTO
SAHİBKARLIQ SAHƏSİNDƏ YOXLAMA: daha bir il qadağan olunacaq
65 yaşlı fəhlə binadan başına yük düşməsi nəticəsində ölüb
Zahid Oruc: "Sərhəd kəndlərin inkişafı ilə bağlı ayrıca dövlət proqramına ehtiyac var"
İranda aksiyada ölənlərin sayı 5 mini ötüb - Son məlumat yayıldı
Agentlik büdcənin "ağzı"nı taybatay açıb - Türkiyədən jurnalist və blogerlərin ölkəmizə səfəri üçün 754 min manat xərclənəcək
Deputat: “Bunu hansı ağılla “Azəriqaz” adlandırmısınız?”
Axtarışda olan iki azərbaycanlı Gürcüstandan ekstradisiya olunub
Baş redaktordan Su idarəsinin rəisinə sərt mesajlar: "Bu “hüquqşünas” ayıbına kor olmaq əvəzinə hələ utanmadan deyir ki.." (VİDEO)
Tramp–Əliyev xətti və İranın gələcəyi: Cənubi Azərbaycan üçün geopolitik pəncərə - TƏHLİL
Milli Məclisdə daha br sahə üzrə dinləmə keçiriləcək
Yaponiya növbədənkənar seçkiyə gedir - Parlament buraxıldı
Bakıda dəm qazı daha bir can alıb
Azərbaycan nefti ucuzlaşdı - 1.3 dollar
Şəkidə evdə partlayış olub