Moldovadakı səfirliyimizdə “Nizami Gəncəvi 880” adlı tədbir keçirilib - FOTOLAR
25-09-2021 [23:59]
Ölkəmizin Moldovadakı Səfirliyində dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi münasibətilə diaspor təşkilatımız Moldovadakı Azərbaycanlılar Konqresi (MAK) tərəfindən “Nizami Gəncəvi 880” adlı tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə Moldovanın Yazıçılar İttifaqının sədri Teo Kiriyak, Moldovada akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, ölkədə fəaliyyət göstərən yəhudi, qaqauz, bolqar, rus və digər diaspor təşkilatlarının rəhbərləri və üzvləri, yerli və xarici tələbələr, yerli media nümayəndələri, çoxsaylı həmvətənlərimiz ailə üzvləri, uşaqları ilə birgə iştirak edib.
İlk növbədə, tədbir iştirakçıları Səfirliyin önündə yeni yaradılmış bağçada Ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzüblər.
Tədbirdə giriş nitqi ilə çıxış edən MAK-ın sədri Elçin Bayramov qonaqları salamlayıb, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı bu kimi tədbirlərin təşkilinin dünyada, eləcə də Moldovada yaşayan azərbaycanlılar, onların ailə üzvləri, xüsusilə gənc nəsil üçün Nizami irsinin öyrənilməsi və tanıdılması baxımından olduqca önəmli olduğunu bildirib.
Tədbirdə Moldovanın Yazıçılar İttifaqının sədri Teo Kiriyak çıxış edərək hər iki ölkənin müvafiq qurumları arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu, xüsusilə son 10 ildə müxtəlif birgə tədbirlər təşkil edildiyini, çoxlu sayda Azərbaycan kitablarının rumın dilinə, moldovalı müəlliflərin əsərlərinin azərbaycan dilinə tərcümə edildiyini bildirib. T.Kiriyak 2018-ci ildə Moldovada Azərbaycan ədəbiyyat günlərinin təşkil edildiyini, habelə ölkəmizdə Moldova ədəbiyyat günlərinin keçirildiyini xatırladaraq, yazar və mütəfəkkirlərin əsərlərinin sərhədləri aşaraq ölkələr və xalqlar arasında münasibətləri genişləndirməyə xidmət etdiyini nəzərə çatdırıb. Bu xüsusda, moldovalı sədr Nizami Gəncəvi yaradıcılığının önəmini vurğulayıb, dünyada geniş şöhrət tapmış “Xəmsə”nin poetik-fəlsəfi düşüncənin zirvəsində dayandığını bildirib. Səfirliyimiz və MAK ilə yaxından əməkdaşlıq etdiyini qeyd edən T.Kiriyak bu tədbirlərin keçirilməsinin hər iki ölkənin təmaslarının möhkəmləndirilməsi baxımından önəmli olduğunu iştirakçıların diqqətinə çatdırıb.
Öz növbəsində, tədbirdə çıxış edən səfir Qüdsi Osmanov qonaqları salamlayıb, həmvətənlərimizin ailə üzvləri, övladları ilə birgə “ata yurdu”nda toplaşmasından məmnunluq ifadə edib. Səfir xalqımızın milli irsinin dəyərli hissəsi olan Nizami Gəncəvi yaradıcılığının araşdırılmasının, gənc nəsillərə, uşaqlara aşılanmasının əhəmiyyətindən bəhs edib. Səfir bildirib ki, Nizami Gəncəvinin 880 illik yubileyi ilə əlaqədar Moldovada bir sıra tədbirlər planlaşdırılır. Belə ki, o, paytaxt Kişineuda milli kitabxanada görkəmli şairin həyat və yaradıcılığına həsr olunmuş geniş konfrans keçiriləcəyini diqqətə çatdırıb. Səfirlikdə Azərbaycan xalqının tarixini və irsini əks etdirən açıq havada muzeyin yaradıldığını deyən səfir burada Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin abidəsinin ucaldıldığını və tezliklə Azərbaycanın məşhur şair və mütəfəkkirlərinin barelyefləri, o cümlədən Nizami Gəncəvinin barelyefinin quraşdırılacağını bildirib.
Bundan əlavə, Q.Osmanov onu da qeyd edib ki, Səfirlikdə 27 sentyabr tarixində Vətən Müharibəsinin başlamasının ildönümü qeyd olunacaq, Anım Günündə Azərbaycan torpaqlarının azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi ehtiramla yad ediləcək. Noyabrın 8-də Qələbə Gününün birinci ildönümündə bayram tədbirlərinin keçiriləcəyini qeyd edən səfir Ali Baş Komandan Prezident İlham Əliyevin başçılıq etdiyi Şanlı ordumuzun bütün Azərbaycan xalqına Qələbə sevinci bəxş etdiyini vurğulayıb. Eyni zamanda, Q.Osmanov qeyd edib ki, Səfirlikdə zəfərimizin şərəfinə "Dəmir Yumruq" barelyefinin açılması gözlənilir.
Daha sonra tədbirdə Moldovanın xəbər portalı “Bloknot”un baş redaktoru Viktor Advaxov, Moldovada fəaliyyət göstərən dağ yəhudiləri icmasının rəhbəri Roman Aronov, qaqauz icmasının rəhbəri Nikolay Terzi çıxışlar edərək, dahi mütəfəkkirin əsərlərindən danışıb, tədbirin Nizami Gəncəvi sənətinin öyrənilməsi və tədqiqi baxımından vacib olduğunu bildirblər.
Tədbirdə MAK-ın vətənpərvər və fəal üzvlərindən Maarif Rəhimov, Yasin Seyidov, Zamir Qubadov, Allahverdi Xələfov, Mehralı Quliyev və digərləri çıxışlar edərək dahi yazarın əsərlərindən nümunələr səsləndirib, xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş Nizami yaradıcılığının həmvətənlərimizə, doğma vətəndən ayrı yaşayan gənclərə tarixi keçmişimiz, milli dəyərlərimiz və milli ədəbiyyatımızın öyrədilməsi üçün əvəzsiz xəzinə olduğunu qeyd ediblər.
Tədbirin sonunda uşaqlar Nizami Gəncəvinin şeirlərini səsləndirib, dahi mütəfəkkirin 880 illik yubileyi münasibətilə hazırladıqları “Şuşanın qala divarları”nın maketini nümayiş etdiriblər. Sonda, uşaqlar səmaya sülhün rəmzi olan olan bəyaz şarlar buraxıblar.
Tədbirdə qonaqlara Azərbaycan mətbəxinin milli təamları təqdim olunub.
Tədbir Moldovanın media nümayəndələri tərəfindən geniş işıqlandırılıb.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bakıda administrator gecə klubunun qarşısında öldürülüb
"turbo.az”, "tap.az”, topaz-ın sahibi ən varlı adam oldu
"O, məndən yaxşıca istifadə etdi, onun şəxsi həyatına kim qadağa qoyubsa..." - Meyxanaçı Pərviz Türkandan danışdı
Qaz kartlarına niyə pul vurmaq olmur? - Açıqlama
"Təkcə bir yaxşı əməl belə hər tərəfə kök salır və..." - Mehriban Əliyeva İlham Əliyevlı birgə fotosunu paylaşdı, mesaj verdi
DEPUTATIN ŞİRKƏTİ MÜĞƏNNİYƏ ƏMLAK PEŞKƏŞ EDİB? - Müğənni silinən xəbərlərə belə reaksiya verdi, şirkət, nəhayət, dilə gəldi (VİDEO) - Yenilənib
Sabah Bakıda və Abşeronda yağıntı intensivləşəcək - Xəbərdarlıq
Bakıya sulu qar, rayonlara qar yağacaq - Sabahın hava proqnozu
80 yaşlı Misir Mərdanov: "Nə isə görüləsi işlər çoxdur, təki Allah can sağlığı versin!"
Azərbaycanda kişi və qadınların pensiya yaşı bərabərləşdi
Azərbaycan nefti çox cüzi bahalaşıb
PEZİDENT XALQA MÜRACİƏT ETDİ - TAM MƏTN + VİDEO
Hava ilə bağlı xəbərdarlıq edildi
Mehriban Əliyeva xalqı təbrik edib - FOTO
"Deyəsən, onu mənim yerimə hazırlayırdı" - Gecəylə vəzifəsindən azad olunan icra başçısının müavini maraqlı faktları açıqladı (MÜSAHİBƏ)
Azərbaycan nefti cüzi bahalaşdı
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Bu gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür
BƏƏ Yəməndəki hərbçilərini geri çəkdi
"Peşman deyiləm, lakin..." - "Beşiktaş"ın heyətindən kənarlaşdırılan futbolçu danışdı
Prezident İlham Əliyev bu fotonu paylaşdı - FOTO
Mauro İkardinin 15 yaşında çəkdirdiyi şəkil gündəm oldu - FOTO
İsrail Livanı top atəşinə tutub
Aralıq dənizində zəlzələ olub
Tayfur Bingöl super liqa ilə bağlı proqnoz verdi
Şeyma Subaşı hava limanında saxlanılıb - FOTO
Naftalan Müalicə və Sağlamlıq Mərkəzindən xoş təəssürat... - Səxavət Tağlar yazır (FOTOLAR)
İCRA BAŞÇISI İDMAN GEYİMİNDƏKİ MÜĞƏNNİYƏ HESABAT VERİR - Bu, dövlət ərkanı və atributlarına hörmətsizlik deyilmi?! (VİDEO, FOTOLAR) - Yenilənib
Elman Rüstəmovun biznesinin biri qapadıldı
“Azercell” yenilənmiş “Hədiyyə çarxı”nı təqdim edir
Sabiq icra başçısı azadlığa buraxılıb
Rəsmi Kiyev Putinin iqamətgahına hücum etmədiyini deyir: "Moskva dəlillər təqdim edə bilmədi"
Dövlət Xəzinədarlığı Agentliyinin adı dəyişib - Fərman
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 6 günlük məzənnəni açıqladı
14 nəfər zəhərlənib - Ucarda
Energetika Nazirliyinə əlavə səlahiyyət verildi - Fərman
Deputat Rasim Musabəyov “Şərəf” ordeni ilə təltif olunub - Sərəncam
YENİ QURUM YARADILDI - Fərman
Vəkil adından qanunsuz istifadə edənlər cərimələnəcək
“Azercell Könüllüləri” uşaqlara bayram sevinci yaşadıb - FOTOLAR
Əli Əsədovla Küveytin Baş naziri telefonda danışıb - Açıqlama
"Beynəlxalq Bankı”ın İdarə Heyəti sədrinin birinci müavini vəzifədən niyə çıxarılıb?
TARİF ŞURASI YENİ QƏRAR VERDİ: işıq... - Yeni qiymətlər