Nazirlikdən dərslərlə bağlı valideynlərə - Müraciət

img

24-09-2021 [13:46]


"Hər kəs övladının əyani dərslərdə iştirakını təmin etməlidir".

Bu barədə Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, Nazirlər Kabinetinin 21 sentyabr 2021-ci il tarixli Qərarına əsasən “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın 2.4-cü bəndi ləğv edilib: “Beləliklə, əyani tədrisə keçid müəyyən olunub və təhsil alanların dərslərdə əyani iştirakının könüllülük prinsipi əsasında olması məsələsi ləğv edilib. Ona görə də hər kəs övladının əyani dərslərdə iştirakını təmin etməlidir”.

Qeyd edək ki, Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”nın 2.4-cü bəndinə əsasən, təhsil müəssisələri təhsilalanların tədris və təlim-tərbiyə prosesində əyani iştirakının könüllülük prinsipi əsasında təmin edildiyini nəzərə almalı idi/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA