Yazıçılar Birliyi: "Bu il qurultay keçirə bilməyəcəyik"

img

22-09-2021 [12:33]


Yazıçılar Birliyinin qurultayı növbəti il keçiriləcək.

Bu barədə Yazıçılar Birliyinin mətbuat katibi Xəyal Rza məlumat verib.

X. Rza bildirib ki, qurultayın bu il Şuşada keçirilməsi planlaşdırılsa da, təxirə salınıb: “Təəssüf ki, pandemiya səbəbindən bu il qurultayı keçirə bilməyəcəyik. Bilirsiniz ki, builki qurultayın Şuşada keçirilməsi nəzərdə tutulmuşdu. Pandemiya və hazırlıq məsələləri ilə bağlı qurultayı növbəti ilin iyun-iyul aylarında Şuşada keçirməyi düşünürük”.

Qeyd edək ki, Yazıçılar Birliyinin qurultayının bu ilin oktyabr ayında keçirilməsi nəzərdə tutulmuşdu. Ötən ay Şuşada keçirilən Vaqif Poeziya günlərində Azərbaycan Yazıçılar Birliyinin sədri Anar qurultayın oktyabr ayında keçirilməsi təklifi ilə çıxış etmiş, Prezident İlham Əliyev bu təklifi razılıqla qarşılamışdı/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR