Rəsmi Moskva: "Azərbaycan, Ermənistan və Rusiya..."

img

20-09-2021 [12:00]


"Azərbaycan, Ermənistan və Rusiya regionda nəqliyyat yollarının açılması, iqtisadi əlaqələrin qurulması əhval-ruhiyyəsindədir".

“Sputnik Armeniya” xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk sentyabrın 20-də İrəvanda keçirilən Rusiya-Ermənistan biznes forumunda bildirib.

“İşçi qrup üçtərəfli görüş keçirir. Sonuncu, 7-ci görüş avqustun ortalarında Moskvada olub. Tərəflər iqtisadiyyat və nəqliyyat əlaqələrinin açılması ovqatındadır. Hazırda bunun müzakirəsi gedir”, - A.Overçukq bildirib.

Ermənistan Baş nazirinin müavini Mqer Qriqroyan da nəqliyyat əlaqələrinin açılmasının faydalı olacağını vurğulayıb.

Qeyd edək ki, Rusiya-Ermənistan biznes forumunun sponsoru “Sputnik Armeniya” agnetliyidir. Bu tədbirdə daha çox rusiyalı erməni iş adamları iştirak edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA