MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir"

img

18-09-2021 [15:15]


2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir.

Müdafiə Nazirliyindən Mia.az-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqları icra olunur.

Minaatan qurğuları tələb olunan vaxt çərçivəsində atəş vəziyyətinə gətirilir, planlı və plandankənar hədəflərə döyüş atışları yerinə yetirilir.

Təlimə cəlb olunan şəxsi heyət hədəfləri sərrast atəşlə məhv edir.

Digər xəbərlər
SON XƏBƏRLƏR