Nazirlik Şuşa ilə bağlı məlumat yaydı
17-09-2021 [14:39]
Sentyabrın 16-da Özbəkistanın Xivə şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı – TÜRKSOY-un Daimi Şurasının 38-ci iclası keçirilib.
Mədəniyyət Nazirliyindən Mia.az-a verilən məlumata görə, iclasda iştirak edən Özbəkistan Baş nazirinin müavini Aziz Abduhakimov, mədəniyyət naziri Ozodbek Nazarbekov, Türk Şurasının Baş katibi Bağdad Amreyev, TÜRKSOY-un Baş katibi Düsen Kaseinov, Macarıstanın xarici işlər naziri Peter Siyarto, TürkPA-nın Baş katibi Altınbek Mamayusupov, Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy, Qırğızıstanın mədəniyyət, elm, idman və gənclər naziri Kairat İmanaliyev, Qazaxıstanın mədəniyyət və idman naziri Nurkıssa Dauyeshov və başqalarının çıxışları dinlənilib.
Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov Türk dünyasının mədəniyyəti və irsinin qorunması və təşviqinin, türk xalqları arasında həmrəylik və qarşılıqlı anlaşmanın daha da möhkəmləndirməsinin əhəmiyyətini qeyd edib. Bildirib ki, türk xalqlarının tarixi-mədəni irsi, ədəbiyyatı, bir sözlə ortaq dəyərlərinin beynəlxalq səviyyədə təbliği qarşıda duran vacib məsələlərdəndir.
Nazir çıxışında 44 günlük Vətən müharibəsi dövründə Azərbaycana göstərdikləri dəstəyə görə TÜRKSOY-a, Türk Şurasına və türkdilli dövlətlərə təşəkkürünü ifadə edib.
Türk dünyasının görkəmli şəxsiyyətlərinin təbliğində TÜRKSOY-un xidmətlərini yüksək qiymətləndirən Anar Kərimov təşkilat tərəfindən Azərbaycanın tanınmış ədəbiyyat və mədəniyyət xadimlərinə göstərilən diqqəti xüsusi vurğulayıb. Bildirib ki, TÜRKSOY-un 2017-ci ilin “Molla Pənah Vaqif İli”, 2018-ci ilin “Qara Qarayev İli”, 2019-cu ilin isə “İmadəddin Nəsimi İli” etməsi, habelə Həsən Seyidbəyli və Mikayıl Abdullayevin 100 illik yubileyləri ilə əlaqədar müxtəlif səpkili tədbirlər yüksək qiymətə layiqdir: “Bu ilin mart ayında Türkiyəyə səfərim çərçivəsində “Nizami ili”nin açılış mərasimi, SSRİ Xalq rəssamı Mikayıl Abdullayevin 100 illiyinə həsr olunmuş sərginin açılışı və digər tədbirlərin təşkili TÜRKSOY-un türk mədəniyyətinin inkişafı və təşviqindəki müstəsna rolunun göstəricisidir. 2021-ci ilin TÜRKSOY çərçivəsində SSRİ Xalq artisti, görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illiyinə ithaf olunmasını da əhəmiyyətli hesab edirik”.
Nazir TÜRKSOY-un “Türk Dünyasının Mədəniyyət Paytaxtı” layihəsi çərçivəsində Azərbaycanın qədim mədəniyyət mərkəzlərin biri olan Şuşa şəhərinin 2023-cü il üçün “paytaxt” elan oluna görə təşkilata təşəkkürünü bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycan mədəniyyətinin paytaxtı elan olunub: “İCESCO rəhbərinin bu ilin əvvəlində ölkəmizə səfəri zamanı Şuşanın “İslam Mədəniyyətinin Paytaxtı” elan edilməsi ilə bağlı təşəbbüsü və bu sessiyada TÜRKSOY tərəfindən Şuşanın 2023-cü il üçün “Türk Dünyasının Mədəniyyət Paytaxtı” elan edilməsi Türk-İslam dünyasının Azərbaycanın qədim şəhərinin mədəni zənginliyinə diqqətinin daha bir göstəricisidir”.
Anar Kərimov diqqətə çatdırıb ki, uzun fasilədən sonra bu ilin may ayında Cıdır düzündə – hər bir azərbaycanlı üçün müqəddəs olan Şuşada ənənəvi “Xarıbülbül” festivalı keçirilib: “Biz o günü 30 il səbirsizliklə gözləmişdik, 30 il Vətən həsrəti ilə yaşamışdıq. Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra “Xarıbülbül” festivalı Şuşada hər il keçiriləcək. Builki festivalda ölkəmizdə yaşayan müxtəlif xalqların nümayəndələri çıxış etdilər və bu onu göstərdi ki, Azərbaycanda bütün xalqlar dostluq, qardaşlıq, həmrəylik şəraitində yaşayır.
Bununla yanaşı, 39 illik tarixi olan Vaqif Poeziya Günləri Şuşa işğaldan azad edildikdən sonra Heydər Əliyev Fondu tərəfindən yenidən bu qədim şəhərimizdə təşkil olundu. 29 ildən sonra həmvətənləri yenidən öz dövrünün böyük şairi, mütəfəkkiri və dövlət xadimi Molla Pənah Vaqifin görüşünə gəldi. Şairin məqbərəsinin yenidən açılışı keçirildi. Prezident İlham Əliyevin Şuşa şəhərini ölkəmizin mədəniyyət paytaxtı elan etməsi, burada “Xarıbülbül” musiqi festivalının və Vaqif Poeziya Günlərinin bərpa edilməsi təkcə Şuşa şəhərində deyil, bütövlükdə torpaqlarını işğaldan azad etmiş və ərazi bütövlüyünə qovuşmuş müstəqil Azərbaycanda mədəni həyatın təntənəsinə çevrildi”.
Gömrük borcunun hesablanması qaydası dəyişib - Qərar
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
BİR SƏFİRİN FƏDAKARLIĞI: və ya 4 il əvvəl başlayan müharibənin amansız üzü... - VİDEO
"Bir müğənni var, bir neçə sayta deyib ki..."
"İndi mənə müğənni deyəndə utanıram" - Firuzə İbadova
Xarici İşlər Nazirliyi məlumat yayıb
YENİ AGENTLİK YARADILDI - Fərman
İcra başçısından şok qərar - 43 əməkdaş vəzifədən azad edilib
Qurban Qurbanov xanımı Könül Qurbanova ilə tədbirdə - FOTOLAR
"Mədəniyyət haqqında" qanuna dəyişiklik edilib
Mərkəz direktoru vəzifədən çıxarılıb - Yeni təyinat
PA rəhbəri Xalq şairinə "Heydər Əliyev” ordeni təqdim edib - FOTOLAR
RUSİYA KƏŞFİYYATINDAN ŞOK İDDİA: "İki ölkə Ukraynaya nüvə silahı verməyə hazırlaşır"
Prezident sərəncam imzaladı - Naxçıvanla bağlı
Aydın Talıbov ADA Universitetində keçirilən “Senior Talks” proqramında tələbələrlə görüşüb - FOTOLAR
SABİQ REKTORUN MİLYONLUQ ƏMLAKLARI MÜSADİRƏ EDİLDİ - Siyahı
Sədr xanım şöbə müdirini işdən çıxardı, Ərdoğanı yüksək vəzifəyə təyin etdi - AHİK-də maraqlı dəyişikliklər
XİN-ə çağırılan səfir getmədi, gərginlik böyüdü - ABŞ və Fransa arasında diplomatik böhran yaranıb
Deputatlar növbəti iclasa nə vaxt toplanacaq? - Spiker açıqladı
BOLT-da NƏ BAŞ VERİR? - Bakı ofisində yoxlama və... + VİDEO
Sabahın hava proqnozu açıqlanıb
"İnvestisiya fəaliyyəti haqqında" qanuna dəyişiklik olunub
PULLU YOLLARDA SÜRƏT HƏDDİ və DAYANACAQLARDA HESAB QAYDASI... - Yeni qanun qəbul olundu
YENİ İŞÇİ QRUPLARI YARADILDI - Bu deputatlara vəzifə verildi
İcbari tibbi sığorta ilə bağlı yeni qanun qəbul edildi
Təhsil haqqında dövlət sənədləri elektron şəkildə təqdim ediləcək
İlham Əliyev Estoniya prezidentinə məktub göndərib - MƏTN
İrandan Azərbaycana PUA ilə narkotik keçirmək istəyiblər
İranda helikopter meyvə-tərəvəz bazarına düşüb - FOTO
“Azərpoçt”un vəzifəli şəxslərinə hökm oxundu
150 min nəfərlik silahlı dəstəyə sahib olan narkomafiyanın ikinci şəxsi belə öldürüldü - FOTO
Hindistanda təcili yardım təyyarəsi qəzaya uğradı - Yeddi nəfər öldü
Prezident təsdiq etdi: Kimlərin maaşları artacaq?
Azərbaycan nefti 73 dollardan baha satılır
ABŞ-da güclü qar yağıb - 5700-dən çox uçuş ləğv edilib
Nazirlik Novruzla bağlı əhaliyə müraciət edib
Sabiq deputat Mahir Aslanov əməliyyat zamanı vəfat edib - Türkiyədə
Rusiyada polisə qarşı terror: ölən və yaralananlar var
Pedofildən rüşvət alan keçmiş səfir saxlanıldı
"FedEx" ABŞ Administrasiyasını məhkəməyə verdi
İstanbulda İŞİD-ə qarşı əməliyyat - Saxlanılanlar var
ABŞ sorğu-sualsız daha br qayığı vurdu - 3 narkomafiya lideri öldü