Nazirlik rəsmisi: “Koronavirusun daim yeni mutasiyaları yaranacaq”

img

15-09-2021 [15:29]


“Birinci doza vaksini vurdurduqdan sonra ikinci dozanı vurdurmayan şəxsin uzun müddətdən sonra vaksin üçün yenidən müraciət etməsi qüvvətləndirici dozanı vurdurması demək deyil”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Təyyar Eyvazov deyib.

O bildirib ki, həmin şəxs yenidən müraciət etdikdə ilk dozanı almış olacaq: “Sonradan mərhələli şəkildə ikinci və üçüncü dozanı qəbul etmiş olurlar”.

“Koronavirusun yeni mutasiyaları daim olacaq. Pandemiya hələ də davam edir. Nə qədər ki, pandemiyanın qarşısı alınmayacaq yeni mutasiyaların olması da qaçılmazdır. Buna görə də peyvəndləmə göstəricisi yüksək olmalıdır”, - o vurğulayıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA