Zakir Həsənov: "Azərbaycan Türkiyənin dəstəyi ilə qələbə qazandı”

img

15-09-2021 [13:45]


“Azərbaycan Ordusu işğal altında olan torpaqlarının azad edilməsi zamanı Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə müasir texnologiyalar və yeni döyüş taktikasından istifadə edərək qələbə qazandı”.

bunu Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin Konya şəhərində keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimlərinin açılışındakı çıxışında bildirib.

“Bu bütün dünyaya Azərbaycanla Türkiyə qardaşlığının sarsılmaz və əbədi olduğunu nümayiş etdirir. Türkiyə kimi qardaşımızın yanımızda olması bizə güc verir. Azərbaycan xalqı Türkiyənin bu dəstəyini çox yüksək qiymətləndirir”, - Z.Həsənov vurğulayıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA