Akarın Kərim Vəliyevlə bir arada: nələr müzakirə olunub? - FOTO

img

13-09-2021 [15:28]


Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyevin Türkiyənin milli müdafiə naziri Hulusi Akarla görüşü barədə məlumat yayıb.

Mia.az xəbər verir ki, nazir K.Vəliyevi Azərbaycan Ordusunun Baş Qərargah rəisi vəzifəsinə təyin olunması münasibətilə təbrik edib və ona uğurlar arzulayıb.

H.Akar Türkiyənin "bir millət, iki dövlət" anlayışı ilə azərbaycanlı qardaşlarının haqlı mübarizəsində yanında olmağa davam edəcəyini vurğulayıb.

Görüşdə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ordu generalı Yaşar Güler də iştirak edib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA