Çempionlar Liqası: "Qarabağ” Almaniya komandası ilə "döyüş"ə çıxıb, oyunda qollar var - VİDEO (Yenilənir)

img

21-01-2026 [22:40]


Bu gün UEFA Çempionlar Liqasının VII turunda “Qarabağ” Bakıda Almaniyanın “Ayntraxt Frankfurt” komandası ilə oyuna çıxıb.

Mia.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyun saat 21:45-də start götürüb. Matç bəlli olmayan səbəbdən 3 dəqiqə gecbaşlayıb.

4-cü dəqiqədə "Qarabağ" Duranın zərbəsiyə hesabı açıb.

10-cu dəqiqədə Can Uzan hesaba tarazlıq gətirib - 1:1

İlk hissə bu hesabla başa çatıb.

Oyun davam edir.

Qeyd edək ki, komandalar meydana aşağıdakı heyətlə çıxıblar.

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Joni Montiel, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina

"Ayntraxt": Kauan Santos, Artyur Teate, Robin Kox (k), Ansqar Knauff, Rasmus Kristensen, Elie Skiri, Huqo Larsson, Nnamdi Kollinz, Nataniel Braun, Riçu Doan, Can Uzun.

Zülfiyyə Mustafayeva

MİA.AZ


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA