TƏBİB-in sədr əvəzi  kollektivə təqdim olunub

img

13-09-2021 [16:49]


“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) İdarə Heyətinin sədri vəzifələrini müvəqqəti icra edən Vüqar Qurbanov kollektivə təqdim olunub.

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.

Qeyd edək ki, TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı öz ərizəsi ilə tutduğu vəzifədən azad edilib. Agentliyin İdarə Heyətinin sədri Zaur Əliyevin əmri ilə TƏBİB-in sədri vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti Vüqar Qurbanova verilib. O, hazırda agentliyin Tibbi iddialar departamentinin rəhbəri vəzifəsini tutur.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA