Azərbaycan vətəndaşı Fransada saxlanılıb

img

13-09-2021 [12:46]


Bu ilin yanvar ayından Almaniyada axtarışda olan Azərbaycan Respublikasının vətəndaşı Fransada saxlanılıb.

Məlumata görə, əslən Masallı rayonundan olan, 35 yaşlı Samir İbişov Fransada qaldığı qaçqın yataqxanasında tutulub.

Azərbaycan vətəndaşının saxlanılmasına səbəb isə onun Almaniyada polis tərəfindən axtarışa verilməsi olub. Məlum olub ki, 2020-ci ilin dekabr ayında Almaniyanın Koblenz şəhərində 38 yaşlı Almaniya vətəndaşına bıçaqla xəsarət yetirən S.İbişov ölkəni tərk edib.

Daha sonra o, Fransada Marsel şəhəri Miqrasiya İdarəsində başqa adla qeydiyyata düşüb.

Nəhayət, ötən gün Azərbaycan vətəndaşı Avropa Polis Təşkilatı (Europol) tərəfindən saxlanılaraq Almaniya hüquq-mühafizə orqanlarına təhvil verilib/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA