İCRA BAŞÇISININ OĞLU POLİS SİSTEMİNDƏN XARİC EDİLDİ - Vilayət Eyvazovdan sərt qərar

img

13-09-2021 [11:30]


Ağcabədi rayonunun icra başçısı Rafil Hüseynovun oğlu, polis kapitanı Şəhriyar Hüseynov daxili işlər orqanlarından xaric edilib.

Mia.az "Qafqazinfo”ya istinadla xəbər verir ki, ötən il xüsusi karantin rejiminin pozulması ilə bağlı Yasamal rayonunda Çevik Polis Alayının keçirdiyi əməliyyat zamanı vətəndaşlarla kobud davranışı ilə gündəmə gələn Şəhriyar Hüseynov bu ilin iyul ayında öz raportu əsasında daxili işlər orqanlarından kənarlaşdırılıb.

DİN Mətbuat xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumatı təsdiqləyib.

Qeyd edək ki, Şəhriyar Hüseynov Suraxanı rayonunun icra başçısı Əziz Əzizovun kürəkənidir. Ş. Hüseynov Yasamal hadisələrindən sonra oradakı vəzifəsindən çıxarılaraq Suraxanı RPİ-nin 30-cu Polis Şöbəsinin baş əməliyyat müvəkkili təyin edilmişdi. Bu ilin fevral ayında isə həmin vəzifəsindən də çıxarılaraq sərəncama götürülmüşdü.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 29.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA