"Qəbələ” daha bir futbolçu alıb

img

01-09-2021 [14:33]


"Qəbələ” heyətinə daha bir futbolçu qatıb.

Mia.az  kluba istinadla xəbər verir ki, "qırmızı-qaralar" iordaniyalı yarımmüdafiəçi Omar Hani ilə anlaşıb. 22 yaşlı cinah oyunçusu ilə 1+1 illik müqavilə imzalanıb.

Peşəkar karyerasına vətənində başlayan vingerin ilk klubu "Əl-Faysali" olub. O, 2019-cu ildə Kipr təmsilçisi APOEL-ə keçib. 2019 - 2021-ci illərdə bu komandanın şərəfini qoruyan Hani 2020 - 2021-ci illərdə icarə əsasında Nikosiya “Olimpiakos”sunda çıxış edib.

İordaniyanın U-19 və U-23 milli komandalarının formasını geyinmiş yarımmüdafiəçi əsas yığmada 1 oyun keçirib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA