Tokio-2020: Azərbaycan daha bir medal qazanıb

img

30-08-2021 [14:54]


Azərbaycanın daha 5 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparıb.

Məlumata görə, yarışın 6-cı günündə 3 atlet və 2 pauerliftinqçi qüvvəsini sınayıb.

Uzunluğa tullanma növündə Səid Nəcəfzadə 7,03 metrlik nəticə ilə bürünc medal qazanıb. Kamil Əliyev isə 6.89 metr nəticə göstərərək, yarışı 5-ci yerdə tamamlayıb.

Komandanın bayraqdarı Oloxan Musayev disk atma növündə çıxış edib. 37.92 metr nəticəyə imza atan idmançı paralimpiadanı 7-ci pillədə başa vurub. Musayev daha əvvəl nüvə itələmədə 5-ci yeri tutub.

Pauerliftinqçilərdən Elşən Hüseynov (107 kq) və Şamo Aslanovun (+107 kq) da çıxışları uğursuz alınıb. Hər iki idmançı yekunda 8-ci olub.

Qeyd edək ki, aktivində 9 qızıl və 4 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 3 pillə geriləyərək, 10-cu sırada qərarlaşıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA