Rövnəq Abdullayev “Qarabağ”ı təbrik etdi: "Bu, böyük müvəffəqiyyətdir"

img

27-08-2021 [13:45]


AFFA prezidenti Rövnəq Abdullayev “Qarabağ” klubunu UEFA Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanması ilə bağlı təbrik edib.

Mia.az AFFA-ya istinadən xəbər verir ki, funksioner Ağdam təmsilçisinin ardıcıl 8-ci dəfə avrokubokların qrup mərhələsinə yüksəldiyini xatırladıb.

Abdullayev futbolçulara, məşqçilərə və klub rəhbərlinə təbriklərini çatdırıb: "6 dəfə UEFA Avropa Liqası, 1 dəfə UEFA Çempionlar Liqasının qrup mərhələsində mübarizə aparan Ağdam klubu bu dəfə eyni uğuru yeni turnirdə də təkrarlamağı bacardı. Bu, böyük müvəffəqiyyətdir. Cari avrokubok mövsümündə təmsilçimizə bir qədər də irəliləyərək Konfrans Liqasının play-off mərhələsinə vəsiqə qazanmasını arzu edirəm. Bir daha “Qarabağ”ın futbolçularını, məşqçi və texniki heyətini, rəhbərliyini, azarkeşlərini və ölkəmizin futbol ictimaiyyətini bu nəticə münasibətilə təbrik edirəm”

Qeyd edək ki, Konfrans Liqasının püşkatma mərasimi bu gün Bakı vaxtı ilə 15:30-da başlayacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA