PSJ-nin futbolçusu: "Taliban" qruplaşması atamı öldürüb"

img

25-08-2021 [17:39]


Fransanın PSJ klubunun Əfqanıstan əsilli danimarkalı qadın futbolçusu Nadiya Nadim ölkəsindəki vəziyyyətdən danışıb.

Məlumata görə, 33 yaşlı hücumçu "BT" nəşrinə açıqlamasında 21 əvvəl "Taliban"a görə ölkədən qaçdıqlarını söyləyib.

Forvard həmin quruplaşmanın anidən hakimiyyəti ələ aldığını bildirib: "Anlamaq çox çətindir. Hazırda düşüncələrim ölkədəki bütün qadınlarla bağlıdır. Gələcəkdə onları nələrin gözlədiyini bilmirəm".

Nadim atasının daha əvvəl məhz "Taliban" tərəfindən öldürüldüyünü xatırladıb: "O, futbolu sevirdi. Bizə ilk dəfə futbol topu alıb. Çox gözəl insan idi. Amma təəssüf ki, "Taliban" tərəfindən öldürüldü"/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA