Olimpiya çempionu: "Dəstəyinizə ehtiyacım var"
25-08-2021 [12:19]
"Sizə məlumat vermək istəyirəm ki, sabah analizləri dəyişdirməkdə ittiham olunduğum iş üzrə dinləmələr olacaq".
Bunu Qazaxıstanı təmsil edən azərbaycanlı ağırlıqqaldıran Nicat Rəhimov şəxsi instaqram hesabında yazıb.
28 yaşlı idmançı 2016-cı ildə dopinq-test üçün verdiyi sidik analizini dəyişdirməkdə günahlandırılır. Rəhimov bildirib ki, yanvardan etibarən federasiya təcrübəli vəkillərlə birgə ona kömək edir: "Hazırda bu barədə yazmaq asan deyil. Amma bu gün həmişə olduğundan daha çox dəstəyinizə ehtiyacım var. Dinləmələrin nəticəsinin necə olacağı yalnız Allah bilir. Məni diskvalifikasiya edəcəklərmi? Olimpiya medalından məhrum olunub-olunmayacağımı da bilmirəm. Amma bir şeyi demək istəyirəm. Hər zaman qaydalarda yazıldığı kimi hərəkət etmişəm. Bütün bunların necə baş verməsi onu həyata keçirənlərin və sifariş edənlərin vicdana qalıb".
Ağırlıqqaldıran olimpiya oyunları zamanı və yarışdan əvvəl test verdiyini xatırladıb: "Həmin vaxt qayda pozuntusu aşkarlanmayıb. Üstündən beş il keçəndən sonra bu məsələnin ortaya çıxması ədalətsizlikdir. Ağırlıqqaldırma mənim həyatımla bağlıdır. Kifayət qədər çətin işdir. Bir gün belə seçimimə görə təəssüflənməmişəm. Özümə, bu idman növünə və nəçə ildir ki, əhatəmdə olan insanlara hörmət edirəm. Əminəm ki, siz nəinki zəfər anında yanımda olmusunuz, həm də çətin vaxtımda məni dəstəkləyirsiniz. Sizlər və Qazaxıstan üçün qalib gəlməyə gücüm var".
Qeyd edək ki, Nicat Rəhimov 2014-cü ildə Azərbaycan yığmasını tərk edərək, Qazaxıstan vətəndaşlığına keçib. O, növbəti il dünya çempionu, 2016-cı ildə isə Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının qalibi olub. Ağırlıqqaldıran Azərbaycan millisində ikən 2013-cü ildə orqanizmində steroidlər tapıldığı üçün 2 il müddətinə diskvalifikasiyaya məruz qalıb/Report.
"Zirə” klubu Yusuf Lavalla yollarını ayırıb
Sabah Sabirabad rayonunun 21 kəndində qaz olmayacaq
UEFA Azərbaycanın 9 klubuna pul köçürüb
ABŞ-ın bu ştatında fövqəladə vəziyyət elan olunub
Daha bir haker qandallandı - Ələ keçirdiyi şəxsi məlumatları xarici kiberbunkerlərə ötürürmüş...
Kamran Əliyev bu gün daha iki prokuror təyinatı imzalayıb
İordan çayının qərb sahilində 35 nəfər saxlanılıb
Xalq artisti: "Vəzifə adamı olmağı istəməmişəm" - "Xalq artisti" adını sənə bibin, dayın, əmin və..."
Bakıda oğurluq edən 22 yaşlı qadın saxlanıldı
Daha iki şəhərə prokuror təyin olunub - Onlar kimdirlər?
Sabah hava necə olacaq? - Proqnoz
Tələbə köçürməsinə start verildi
DEM Partiyadan gözlənilməz bəyanat - "Abdullah Öcalanın azad olunmasını istəyirlər"
Bakıda şəhid adını daşıyan küçə: məhəlləni bürüyən kabab qoxusu və zəbt edilmiş səkilər... - FOTOLAR
İlham Əliyev Ərdoğana məktub göndərib: "Əziz qardaşım..."
Cənubi Koreya ilə Yaponiyaya arasında gərginlik - Ada ilə bağlı
Nazir müavini: "Azərbaycan və Türkiyə arasında fəal siyasi ikitərəfli münasibətlər davam edir"
Hakan Fidan: "Türkiyəyə zərər vermək cəhdi uğursuzluğa məhkumdur"
Rəsmi Moskva Trampın təhdidini saymadı: "Onun keyfli ultimatumu bizi maraqlandırmır"
Əhalinin sağlamlığı üçün fəaliyyət qrupları yaradılıb
Rusiyada azərbaycanlı iş adamları həbs olunub
Oğul 85 yaşlı anasını döyərək öldürüb - VİDEO
Azərbaycan neftinin qiyməti 1.5 dollar ucuzlaşdı
Suriyada daha bir şəhərdə döyüş başlayıb: ölkə yenidən qana sürüklənir - Açıqlamalar
İTV-nin aparıcısı vəzifəyə təyin edilib
Hazırın “nazir”ləri… - Təbriz VƏFALI YAZIR
Azərbaycanda zəlzələ olub
Park adıyla hasarlanan ərazidə nə tikilib? - Nizami rayonunda növbətı fırıldaq (FOTOLAR)
İsrail hərbçiləri hücuma hazırlaşan şəxsi öldürüb
Rəsmi Ankaradan Suriyadakı son toqquşmalara - Reaksiya
"Təşkilat"ın "Kraliça"sı küçədə yarıçılpaq görüntüləndi - FOTO
FETÖ-nün çevriliş cəhdindən 9 il ötür
BMT-nin baş katibi: "Bu, yaxın tarixdə görünməmiş vəziyyətdir"
Panama sahillərində zəlzələ - 6,2 bal gücündə
Ermənilərin azərbaycanlılara işgəncə verməsi... - Videokadrlar məhkəmədə nümayiş etdirilib
Türkiyənin daha bir bölgəsində meşə yanğını başlayıb
Qəzzada son 24 saatdakı itki açıqlandı
Bakı və Abşeronda sabah qızmar diskomfort hava olacaq