Futbolda maraqlı olay: azarkeş meydana girdi, iki nəfəri vurdu, hücumçu qovuldu - VİDEO

img

23-08-2021 [14:06]


Çexiyanın II divizionunda "Lişen" və "Zbroyovka" komandaları arasında keçirilən oyunda maraqlı hadisə baş verib.

Məlumata görə, ikinci hissədə meydana daxil olan azarkeşlərdən biri təhlükəsizlik xidmətinin əməkdaşını vurub.

Bu zaman meydan sahiblərinin futbolçusu Yan Silnı fanatı sakitləşdirməyə çalışarkən, başından yumruq zərbəsi alıb. Epizodun təkrarını izləyən baş hakim 26 yaşlı hücumçuya birbaşa qırmızı vərəqə göstərərək, onu meydandan qovub. Referinin bu addımı narazılıqla qarşılansa da, o, qərarını dəyişməyib.

Qeyd edək ki, görüş qonaqların 2:1 hesablı qələbəsi ilə başa çatıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR