Paris-2024: olimpiadalar tarixində ilk dəfə breyk-dans üzrə yarışma keçiriləcək

img

19-08-2021 [19:30]


Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2024-cü ildə Parisdə keçiriləcək Olimpiya Oyunlarında təmsil olunacaq idman növlərinin siyahısını açıqlayıb.

Bu barədə Olimpiya Oyunlarının təşkilat komitəsi saytında məlumat yayıb.

Fransa paytaxtında olimpiadalar tarixində ilk dəfə breyk-dans üzrə yarışma keçiriləcək. Parisdə, həmçinin ilk dəfə "Tokio-2020" çərçivəsində keçirilən idman dırmanması, skeytbord və sörfinq yarışları da keçiriləcək.

Tokiodakı Olimpiya Oyunları çərçivəsində ilk dəfə keçirilən karate turnirləri isə artıq olimpiada proqramından çıxarılıb.

Qeyd edək ki, "Paris-2024" Olimpiya Oyunlarının 2024-cü il 26 iyul-11 avqust aralığında keçirilməsi planlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA