İdmançının nəticəsi dopinqə görə ləğv edilib

img

19-08-2021 [16:58]


Tokio-2020 Yay Olimpiya Oyunlarının marafon yarışında iştirak etmiş Bəhreyn idmançısı El Hassan El Abbassinin nəticəsi ləğv edilib.

"Reoprt" "Athletics Integrity Unit" nəşrinə istinadən xəbər verir ki, buna 37 yaşlı idmançının anti-dopinq qaydalarını pozmaqda ittiham olunması səbəb olub.

O, Beynəlxalq Atletika Federasiyaları Assosiasiyasının Antidopinq Məcəlləsinin 2.1 və 2.2 maddəsi ilə ittiham edilir.

Qeyd edək ki, El Hassan El Abbassi Tokio-2020-ni 25-ci sırada bitirib. Atlet 2014-ci ildəki Asiya Oyunlarında 10 min metr məsafəyə qaçışda qızıl, 2018-ci il Asiya çempionatında isə gümüş medal qazanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR