Məşqçi hakimi döydü - Ukraynada

img

19-08-2021 [13:18]


Ukrayna Kubokunun II turunda "Olimpiya" və "Volçansk" komandaları arasında keçirilmiş matçda qalmaqal yaşanıb.

Məlumata görə, "Olimpiya"nın futbolçuları və məşqçiləri qarşılaşma başa çatandan sonra hakimə etirazlarını bildirib.

Onlar qapılarına təyin edilən penaltinin doğru qərar olmadığını söyləyiblər. Daha sonra meydan sahiblərinin məşqçisi Aleksandr Kulik qəzəblənərək hakimə hücum edib və onu döyməyə başlayıb. Mütəxəssisi oyunçular sakitləşdirə bilib.

Qeyd edək ki, matç "Volçansk"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
16:29 27.09.2025

Yol (esse)

00:01 27.09.2025

Bu gün ANIM GÜNÜdür

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA