Prezident prokurorluq işçiləri ilə bağlı sərəncam imzaladı

img

18-08-2021 [16:00]


Prezident İlham Əliyev “Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabına saxlanılan Azərbaycan Respublikasının prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddi”ndə dəyişiklik edilməsi haqqında sərəncam imzalayıb.

Mia.az xəbər verir ki, sərəncamla prokurorluq işçilərinin və prokurorluq orqanlarına işə götürülən digər işçilərin ştat sayı həddində dəyişikliklər təsdiqlənib.

Sərəncama əsasən, görülən işlərlə bağlı maliyyələşdirmə məsələləri Azərbaycan Respublikasının dövlət büdcəsində prokurorluq orqanlarının saxlanılması üçün nəzərdə tutulmuş vəsait hesabına həyata keçiriləcək.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA