Türkiyədə beynəlxalq sərgidə nümayiş olunan Azərbaycan silahları - FOTOLAR

img

18-08-2021 [14:14]


Türkiyənin İstanbul şəhərində keçirilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Azərbaycan stendi sərgi iştirakçıları və ziyarətçilərin böyük marağına səbəb olub.

Mia.az Report-un Türkiyə bürosu xəbər verir ki, 50-dən çox ölkə, 1000-dən artıq şirkətin qatıldığı sərgidə Azərbaycana məxsus yerli istehsal nümunələri olan müasir texnologiyalara aid müxtəlif növ silah-sursat nümayiş olunur.

Xarici nümayəndələr tərəfindən yüksək qiymətləndirilən Azərbaycan müdafiə sənayesi məhsulları, digər xarici şirkətlərin rəhbərlikləri tərəfindən əməkdaşlıq təkliflərinin əsas mövzusu olub.

Qeyd edək ki, dünyanın inkişaf etmiş 50-dən çox ölkəsindən 1000-dən çox qabaqcıl şirkətin qatılacağı gözlənilən “IDEF-2021” Beynəlxalq Müdafiə Sənayesi Sərgisində Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində istehsal olunan müdafiə təyinatlı məmulatlar - snayper tüfəngləri, avtomatlar, hücum pulemyotları, qumbaraatanlar, minaatanlar, pilotsuz uçuş aparatları, müxtəlif çaplı döyüş sursatları və s. olmaqla 133 adda məmulat nümayiş olunur.

Xatırladaq ki, sərgi avqustun 17-20-də İstanbul şəhərində Türkiyə Prezident Administrasiyasının himayəsi altında və Milli Müdafiə Nazirliyinin təşkilatçılığı ilə keçirilir.

img img img img img

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA