Cəbrayılda daha iki erməni hərbçinin meyiti tapıldı

img

18-08-2021 [09:23]


Azərbaycanda meyiti tapılan erməni hərbçilərinin sayı artıb.

"Sputnik Armenia" xəbər verir ki, Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan ordusunun daha 2 hərbçisinin meyiti tapılaraq təxliyə edilib.

Meyitlər Cəbrayıl rayonunda aşkarlanıb. Meyiti tapılan hərbçilərin kimliyi məhkəmə-tibbi ekspertizasından sonra müəyyən olunacaq.

Qeyd edək ki, Azərbaycanın işğaldan azad edilən ərazilərindən 2020-ci il noyabrın 10-dan sonra 1 636 nəfərin meyiti aşkarlanıb.

Xatırladaq ki, meyiti tapılan hərbçilər İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusu tərəfindən məhv ediliblər.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA